İdman
Kimi istəyirik, onu da çağırırıq - Ançelotti “Barsa”nın narazılığı haqda
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Barselona”nın hücumçusu Rafinyanın son milli fasilədə zədələnməsindən klubun narazılığına baxmayaraq, onun komandaya çağırılması ilə bağlı sualı cavablandırıb.
Rafinya Braziliya millisinin Yaponiya və Sinqapurla qarşıdakı oyunlar üçün heyətinə daxil edilib. Hər iki oyun Sinqapurda keçiriləcək.
Publika.az xəbər verir ki, heyətin açıqlanmasından sonrakı mətbuat konfransında Ançelottidən “Barselona” prezidenti Joan Laportanın əvvəlki milli fasilədə Rafinyanın zədələnməsindən sonra narazılığı ilə bağlı soruşulub. Məşqçi vurğulayıb ki, nə “Barselona”, nə də başqa heç bir klub oyunçularla bağlı heç bir xüsusi xahiş etməyib.
“Bizim heç bir xüsusi xahişimiz yoxdur və ehtiyacımız da yoxdur. Beynəlxalq fasilələr zamanı Braziliya millisi üçün vacib hesab etdiyimiz oyunçuları çağıracağıq”, – deyə italiyalı mütəxəssis bildirib.
Ançelotti həmçinin qeyd edib ki, Braziliya hazırda heyətini yeniləməyə və yeni oyunçular cəlb etməyə diqqət yetirir.
“Heyətimizi yeniləmək prosesinə başlamışıq və indi bunun üçün ən uyğun zamandır. Sentyabr ayında gənc oyunçuları qiymətləndirməyə başladıq və indi bu işi Braziliya milli komandasının gələcəyi ola biləcək oyunçularla davam etdiririk.
Biz balanslaşdırılmış heyət formalaşdırmışıq, burada doqquz oyunçu Olimpiya yaşında, on beşi isə 23 yaşdan kiçikdir.
Son Dünya Kubokunda oynamış və Amerika Kuboku və daha bir Dünya Kubokunu əhatə edəcək yeni dövr üçün əsas rol oynayacaq beş oyunçu seçdik. Bunlar Markinos, Qabriel Maqalyaes , Bruno Gimaraes, Vinisius Junior və Rafinyadır”.
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib


































.jpg)
.jpg)