İbrahimov “Yunayted”in əsas komandasında
Bizi izləyin

İdman

İbrahimov “Yunayted”in əsas komandasında

İbrahimov “Yunayted”in əsas komandasında

“Mançester Yunayted”in rusiyalı cinah oyunçusu Amir İbrahimov əsas komanda ilə məşq edib.

Publika.az xəbər verir ki, bu barədə “Sky Sports”un jurnalisti Daniel Xan məlumat verib.

Mənbənin məlumatına görə, 18 yaşlı futbolçu İngiltərə Premyer Liqasında “Çelsi” ilə oyundan əvvəl Maykl Kerrikin rəhbərliyi altında məşq edib.

Gənclər komandasından daha iki oyunçu da transfer olunub.

İbrahimov hələ “Mançester Yunayted”də rəsmi debütünü etməyib, lakin bir neçə dəfə yoldaşlıq oyunlarında iştirak edib. Bu mövsüm cinah yarımmüdafiəçisi gənclər komandasında yeddi oyunda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm