Arsen Venger: Hamı Bakıdakı turnirə vurulub
Bizi izləyin

İdman

Arsen Venger: Hamı Bakıdakı turnirə vurulub

Arsen Venger: Hamı Bakıdakı turnirə vurulub

FIFA U-15 dünya çempionatı və festivalı iştirakçılar və futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Publika.az xəbər verir ki, bunu FIFA-nın Qlobal Futbol İnkişafı üzrə direktoru Arsen Venger qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

O bildirib ki, turnirin formatı komandalar arasındakı fərqlərin gözlənildiyindən daha az olduğunu üzə çıxarıb.

“Hamı bu turnirə vurulub və hər kəs onun dərhal yenidən keçirilməsini istəyir. Ümumilikdə, görürük ki, bütün dünya futbol oynayır və böyük ölkələrlə kiçik ölkələr arasındakı fərqlər gözlədiyimiz qədər böyük deyil. Futbolçuların sayının azaldılması bu baxımdan müəyyən qədər kömək edir. Bununla yanaşı, hər oyunda mübarizənin intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək idi”, – deyə A.Venger bildirib.

FIFA rəsmisi yarışın futbolçuların diqqət və konsentrasiya qabiliyyətinin inkişafına, eləcə də texniki bacarıqlarının nümayişinə şərait yaratdığını vurğulayıb.

“Bu oyun formatı futbolçulardan yüksək diqqət və konsentrasiya tələb edir. Onlar bu keyfiyyətlərini də inkişaf etdiriblər. Texniki səviyyə çox yüksək idi. Ümumilikdə, meydanın bir tərəfindən digər tərəfinə sürətli keçidləri çox gördük. Bu format 11-ə 11 oyunda lazım olan səbr müddətini azaldır. Topu ələ keçirən kimi dərhal təhlükəli hücum təşkil etmək mümkündür. Bu da azarkeşlərin diqqətini daim oyunda saxlayır və onların futboldan zövq almasına şərait yaradır”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm