İdman
Bakıdakı çempionat FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir - İnfantino
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalı ali futbol qurumunun son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir.
Publika.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, ilk dəfə təşkil olunan turnirin dünyanın hər yerindən iştirakçıları bir araya gətirdiyini və unudulmaz təcrübə qazandırdığını vurğulayıb.
“Bakıda, Azərbaycanda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı möhtəşəm turnir oldu. Bütün 211 ölkə dəvət edilmişdi, onlardan 189-u iştirak etmək qərarına gəldi. Onların hamısı unudulmaz təcrübə yaşadı. Futbol hər kəs və dünyanın hər bir nöqtəsi üçündür. FIFA-nın əsas məqsədi də hər kəsə fürsət, şans və ümid verməkdir. Hər bir istedad dünya çempionatında iştirak etmək imkanına malik olmalıdır. Ölkəsinin böyük və ya kiçik, varlı və ya kasıb, uzaq və ya yaxın olması fərq etmir. Hər kəs şansa layiqdir”, – deyə C.İnfаntino bildirib.
FIFA prezidenti yarışın iştirakçılar arasında dostluq və ünsiyyət baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, müxtəlif ölkələrdən gələn futbolçuların dil fərqinə baxmayaraq, ünsiyyət qurduqlarını və eyni şəhərcikdə məskunlaşdıqlarını diqqətə çatdırıb.
“Onlar eyni dili bilməsələr də ünsiyyət qurdular, bir-birlərini başa düşdülər. Hamısı eyni şəhərcikdə qalırdı. Mən də orada idim və onlarla həmsöhbət oldum. 14-15 yaşlı oğlanların ətrafa sevinc, xoşbəxtlik və sevgi bəxş etməsi çox gözəl idi. Onlar bu səmimi təcrübəni bütün həyatları boyu özləri ilə daşıyacaqlar. FIFA nöqteyi-nəzərindən son dərəcə xoşbəxtəm. Düşünürəm ki, bu, FIFA-nın son 120 ildə gördüyü ən yaxşı işdir”, – deyə qurumun rəhbəri əlavə edib.
Qeyd edək ki, Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil



































.jpg)
.jpg)
