İdman
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq”
“Zirə” Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib.
Publika.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyun bizim üçün olduqca pis başladı. İlk 15-20 dəqiqədə çoxsaylı top itkilərinə yol verdik. Müdafiədən çıxarkən itirdiyimiz topdan sonra rəqib hücum qurub fərqləndi. Ondan sonra üstünlüyü ələ aldıq, fasiləyə qədər çoxlu hücum qurduq. Təəssüflər olsun ki, həmin dəqiqələrdə qol vura bilmədik. İkinci hissəyə də fəal başlamışdıq. Həmin dəqiqələrdə ikinci qolu buraxdıq. Ondan sonra nəticəni dəyişmək daha da çətin idi. Buna baxmayaraq, 3 gün əvvəl 120 dəqiqə oynamış futbolçular böyük xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Buradan 1 xal qazanaraq dönürük. Qələbə qazanmaq istəyirdik. Amma rəqibi də nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var. Son turlarda da inamlı çıxış edirdilər. Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərib oyunu çevirə bildilər. Bu gedişatda 1 xal da önəmlidir.
– “Sumqayıt”la oyunda 2:0 hesablı üstünlüyü əldən verdiz, bu gün isə 0:2-dən sonra hesabı bərabərləşdirdiz. Bu durumu necə şərh edərsiz?
– Futbolda belə hallar olur. İlk 15-20 dəqiqədə yaxşı oynamadıq. Amma qol buraxdıqdan sonra reaksiya verdik. “Sumqayıt”la oyunda da yaxşı reaksiya vermişdik. Çempionatdakı rəqiblərin heyətləri çox güclüdür. Hər birində təcrübəli, hər an nəticəni dəyişə bilən usta futbolçular var. Daha çox çalışıb üstünlüyü nəticəyə çevirmək lazımdır. Üstünlük yaradırıq. Amma həmişə bunu nəticəyə çevirə bilmirik.
– Mehdi Mişahşan ilk toxunuşunda qol vurdu. Onu standart vəziyyətlər üçün meydana buraxmışdız?
– İki fikir var idi. Birincisi, standart vəziyyətlərdə yaxşı oynayır. İkincisi isə Mehdini mərkəz müdafiəçisi mövqeyinə qoyub Ruan Renatonu hücuma göndərəcəkdik. Daha çox cinah hücumları etməyi planlaşdırırdıq. Qol oldu deyə, Ruan öz mövqeyində oynamağa davam etdi. 2:2-dən sonra da hücumlarımız oldu. Bir epizodda dəqiqlik çatmadı. “Səbail”lə 120 dəqiqəlik oyun keçirmişdik. Heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik. Qəribə hadisələr çox olur. “Səbail”lə matçda rəqib 80-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq. O məqam da bizim başımıza gəldi. Buna görə də oyun əlavə vaxta getdi. 3-4 futbolçu 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır. Çalışıb mübarizəmizi aparmalıyıq.
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
















.jpg)




















.jpg)
.jpg)
