İdman
Bu gün "Şamaxı" "Neftçi"ni, "Kəpəz" "İmişli"ni qəbul edəcək
Azərbaycan Premyer Liqasının X turunda bu gün daha 2 qarşılaşma keçiriləcək.
Publika.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Neftçi”ni qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.
Günün digər oyununda isə “Kəpəz” “İmişli” ilə üz-üzə gələcək. Gəncə şəhər stadionunda baş tutacaq matçı Elçin Məsiyev idarə edəcək.
Qeyd edək ki, turun daha əvvəl keçirilən “Turan Tovuz” – “Sabah” matçında meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. “Araz-Naxçıvan” “Zirə” ilə, “Qəbələ” isə “Qarabağ”la heç-heçə edib - 2:2, 0:0.
“Sumqayıt” – “Şəfa” qarşılaşması isə noyabrın 2-də baş tutacaq.
Azərbaycan Premyer Liqası
X tur
1 noyabr
15:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Şamaxı şəhər stadionu
17:30. “Kəpəz” – “İmişli”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Kərim Zeynalov
Gəncə şəhər stadionu
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO














.jpg)


















.jpg)

.jpg)