İdman
Fərman Həsənovun UFC-dəki növbəti döyüşü uğursuz oldu
Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC-də növbəti görüşünü keçirib.
Publika.az xəbər verir ki, 31 yaşlı idmançı ABŞ-nin Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 292” turnirində Jan-Pol Lebosnoyani ilə qarşılaşıb.
77 kq çəki dərəcəsində baş tutan döyüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb.
İlk raundda fəal çıxış edən Həsənov sonradan təşəbbüsü rəqibinə verib. İkinci raundda azərbaycanlı döyüşçünün sol gözü ətrafında ciddi kəsik yaranıb.
Üçüncü raundda zədəni yoxlayan həkim Həsənovun mübarizəni davam etdirməsinə icazə verməyib. Nəticədə referi 2-ci dəqiqə 11-ci saniyədə qarşılaşmanı dayandırıb və Lebosnoyan texniki nokautla qalib elan olunub.
Qeyd edək ki, bu, Fərman Həsənovun UFC-də ikinci döyüşü və peşəkar karyerasında ilk məğlubiyyəti olub. O, iyunun 27-də Bakıda keçirilən turnirdə ABŞ təmsilçisi Erik Nolanı hakimlərin yekdil qərarı ilə məğlub etmişdi.
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO







.webp)















.jpg)










.jpg)

.jpg)