“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
Bizi izləyin

İdman

“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü

“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü

“Kəpəz”də nəticə baxımından nisbətən sabitlik yaransa da, komandanın idarəetmə sistemində xaos yaşanır.

Publika.az-a klub daxilindəki mənbədən verilən məlumata görə, komandada ciddi insident yaşanıb.

Belə ki, “Kəpəz”in mühafizə xidmətinin Nicat adlı rəisi klubun inzibatçısı Cavid Əhmədovu döyüb. Məlumata görə, Nicat Cavid Əhmədovdan forma istəyib. Əhmədov onun istəyini geri çevirdiyi üçün Nicat ona zor tətbiq edib.

Bildirilir ki, Cavid Əhmədovun halı pisləşdiyi üçün hadisə yerinə təcili yardım çağırılıb.

Qeyd edək ki, Cavid Əhmədov veteran futbolçudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm