İdman
Yuri Vernidub: "Uşaqlar deyirdilər ki, sanki oksigen çatmır"
“Neftçi” Azərbaycan Premyer Liqasının X turunun oyununda səfərdə “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Fikrimcə, pis oyun olmadı. Həm hücumda, həm müdafiədə yaxşı oynadıq. Bilirdik ki, “Şamaxı” heç də asan rəqib deyil. 3 xal qazanmaq üçün çox çalışmalı olduğumuzu anlayırdıq. İlk 5-7 dəqiqə ərzində “Şamaxı” yaxşı hücumlar qurdu, qol vəziyyətləri yaratdı. Ondan sonra biz toparlandıq və standart vəziyyətdən qol vurduq. Buna baxmayaraq, rəqib hesabı bərabərləşdirdi. Fasiləyə bərabərliklə yollandıq. Uşaqlara dedik ki, təzyiqi və intensivliyi artırmaq lazımdır. Heç bir halda xal itirə bilməzdik. İkinci hissədəki oyunumuzdan xoşum gəldi. Rəqibin çox fürsətləri olmadı. Amma hesabı bərabərləşdirə bildilər. Biz dəyişikliklər etdik və bu işə yaradı. Adeleke Akinyemi 3-cü qolu vurdu. Şamaxıda oynamaq çətindir. Bura orta dağlıq ərazidir. Uşaqlar deyirdilər ki, sanki oksigen çatmır. Bu, normal haldır. Əsas odur ki, qalib gəldik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Onların qarşılarında baş əyirik”.
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto



































.jpg)
