"Real" "Rasinq"i darmadağın etdi
Bizi izləyin

İdman

"Real" "Rasinq"i darmadağın etdi

"Real" "Rasinq"i darmadağın etdi

"Real Madrid" klubu İspaniya çempionatının XI turunda səfərdə Santanderin "Rasinq" komandasını darmadağın edib.

Publika.az xəbər verir ki, "El-Sardinero" stadionunda keçirilən qarşılaşma Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın hücumçusu Kilian Mbappe 11-ci dəqiqədə penaltidən hesabı açıb. Cəmi 10 dəqiqə sonra Arda Gülərin ötürməsindən sonra Cud Bellinqem komandasının üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni isə 36-cı dəqiqədə Yan Diomande qoyub.

Bu qələbədən sonra "Real" 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Madrid klubu lider "Barselona"dan 3 xal geri qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm