Makqreqor sonuncu döyüşünə çıxır
Bizi izləyin

İdman

Makqreqor sonuncu döyüşünə çıxır

Makqreqor sonuncu döyüşünə çıxır

İki divizionda keçmiş UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor növbəti döyüşündən sonra karyerasını başa vurmağı planlaşdırır.

Publika.az xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Makqreqor növbəti döyüşünün onun üçün sonuncu olacağını bildirərək bu qarşılaşmada rekord göstəricilərə nail olmaq istədiyini qeyd edib.

Otuz səkkiz yaşlı döyüşçünün hesabında qarışıq döyüş sənətləri üzrə 22 qələbə və 7 məğlubiyyət var. O, daha əvvəl UFC-nin yüngül və yarımorta çəki dərəcələrində çempion olub.

Qeyd edək ki, Makqreqorun son döyüşü 2021-ci ilin iyulunda amerikalı Dastin Puaryeyə qarşı keçirilib. Həmin qarşılaşmada irlandiyalı idmançı ayağından aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm