İdman
"Formula 1" tarixində ən gənc çempionun adı açıqlandı
“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli “Formula-1” üzrə dünya çempionları arasında yaş rekorduna imza atıb.
Publika.az xəbər verir ki, bu barədə açıq təkərli avtomobillərlə dairəvi yarışlar üzrə dünya çempionatının rəsmi portalı məlumat yayıb.
Bildirilib ki, o, ilk titulunu 20 yaş 69 günlük olarkən qazanıb.
Əvvəlki rekord almaniyalı pilot Sebastyan Fettelə məxsus idi. O, 23 yaş 134 günlük olarkən çempion titulunu qazanmışdı. Bu rekord 2010-cu ildən bəri qüvvədə idi. Antonelli “Formula-1” çempionatında ilk dəfə Meksika Qran-prisinin nəticələrinə əsasən qalib olub.
Bundan əvvəl məlum olub ki, “Formula-1” çempionatının 2027-ci il mövsümündə Qran-pri mərhələlərində yarış məsafəsi 15 kilometr azaldılacaq. Bu qərar bazar ertəsi “Formula-1” komissiyasının və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nümayəndələrinin birgə iclasında təsdiqlənib.
Beləliklə, yarışın ümumi məsafəsi əvvəlki 305 kilometr əvəzinə 290 kilometr olacaq. Bu, konkret avtodromun xüsusiyyətlərindən asılı olaraq məsafənin iki-üç dövrə azaldılması deməkdir. Bu tədbir güc qurğularının yanacaq sərfiyyatının artmasını nəzərdə tutan yenilənmiş texniki reqlamentlə əlaqədardır.
Hüseyn İbadlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)