Fransız rusların qarşısında şərt qoydu: Maaş rublla, yox, dollarla ödənilməlidir
Bizi izləyin

İdman

Fransız rusların qarşısında şərt qoydu: Maaş rublla, yox, dollarla ödənilməlidir

Fransız rusların qarşısında şərt qoydu: Maaş rublla, yox, dollarla ödənilməlidir

Kazanın “Rubin” klubu Tanqu Ndombele ilə müqavilə bağlamaqda çətinliklərlə üzləşib.

Publika.az xəbər verir ki, “Sport24”ün məlumatına görə, Kazan klubu 29 yaşlı fransız yarımmüdafiəçiyə rublla maaş təklif etsə də, oyunçu bundan imtina edərək dollarla məvacib almasını israr edib.

Ndombelenin nümayəndələri ödənişlərin BƏƏ-dəki bir bank vasitəsilə həyata keçirilməsini və oradan oyunçuya vəsaitin köçürülməsini təklif ediblər.

“Rubin” hazırda uyğun transfer mexanizmi axtarır və bu da fransızla müqavilənin yekunlaşdırılmasını çətinləşdirir.

Maliyyə şərtləri ilə bağlı fikir ayrılıqlarına görə, Ndombelenin Rusiyaya gəlişi təxirə salınıb. Tərəflər maaş ödənişi üsulu barədə razılığa gələ bilsələr, yarımmüdafiəçinin gələn həftənin sonunda, milli fasilədən bir az əvvəl Kazana gələcəyi gözlənilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm