ÇL: “Vikinq” – “Sabah” oyununun hakimləri açıqlandı
Bizi izləyin

İdman

ÇL: “Vikinq” – “Sabah” oyununun hakimləri açıqlandı

ÇL: “Vikinq” – “Sabah” oyununun hakimləri açıqlandı

Norveçdə yerli “Vikinq” və “Sabah” komandaları arasında keçiriləcək UEFA Çempionlar liqasının oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Publika.az xəbər verir ki, liqa mərhələsinin 4-cü turunun matçı Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi FİFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qroot kömək göstərəcək. Dördüncü hakim funksiyasını Joey Kooij yerinə yetirəcək.

“Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, saat 00:00-da start götürəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm