İdman
Rusiyanın iştirak etdiyi oyunlarda reklamımızı təsəvvür edə bilmirik - DÇ-nin sponsoru
Xokkey üzrə Dünya Çempionatının rəsmi sponsoru olan “Tipsport” bukmeker şirkəti Rusiya millisinin may ayında keçiriləcək mundialda iştirakına qarşı çıxıb.
Publika.az xəbər verir ki, şirkətin mətbuat katibi Vatslav Şoxor bildirib ki, Rusiya millisinin iştirakı ilə mümkün oyunlar zamanı loqotiplərinin hər hansı bir formada olmasına qəti şəkildə qarşıdırlar.
“Tipsport”un mövqeyi Rusiya təcavüzünün başlanğıcından bəri dəyişməz olaraq qalıb: biz Ukraynanı dəstəkləyən ən böyük şirkətlərdən biriyik. Biz KHL matçlarına və ya digər Rusiya və Belarus liqalarına mərc qəbul etmirik və əlbəttə ki, Rusiya milli komandasının iştirak etdiyi matçlara mərc təklif etmək niyyətində deyilik. Eynilə, reklamımızın Dünya Çempionatında Rusiyanın iştirak etdiyi matçlar zamanı – istər buz meydançasında, istərsə də televiziya yayımları zamanı görünməsini təsəvvür etmirik.
İdman Arbitraj Məhkəməsinin qərarı qalmaqallı, anlaşılmaz və mənəvi cəhətdən tamamilə əsassızdır. Rusiya Ukraynada qətllər törədir və bütün demokratik dünyaya qarşı hibrid müharibə aparır, lakin məhkəmə onların Dünya Çempionatında iştirak etməsinə icazə verir – Ukrayna xokkeyçiləri isə ölkələrini rus təcavüzkarlarından müdafiə edərək həlak olurlar”, – Şoxor deyib.
Müəllif: Tural
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


















.jpg)
















.jpg)
.jpg)

