“Real”la müqavilə bağlayıb aeroporta gedərkən ağlayıb: Dönüş yox idi
Bizi izləyin

İdman

“Real”la müqavilə bağlayıb aeroporta gedərkən ağlayıb: Dönüş yox idi

“Real”la müqavilə bağlayıb aeroporta gedərkən ağlayıb: Dönüş yox idi

“Liverpul”un keçmiş hücumçusu Maykl Ouen “Real Madrid”lə müqavilə imzaladıqdan sonra keçirdiyi hisslərdən danışıb.

Ouen 14 avqust 2004-cü ildə 8 milyon funt sterlinqə “Real Madrid”ə keçib.

Publika.az xəbər verir ki, Ouen bu barədə “FourFourTwo”ya bildirib:

“Düşündüyüm son şey “Liverpul”dan ayrılmaq idi. ABŞ-da mövsümöncəsi turnedə idik və Karragerlə otel otağında olarkən agentim mənə zəng etdi.

Ceymi mənə dedi: “Getmə. Onların Raul, Ronaldo və Fernando Moryentesi var. Bir dəqiqə də oynamayacaqsan”.

Sonda razılaşdım. Amma müqavilə imzalayıb geri dönüş olmadığını anladığım zaman keçirdiyim hissələr…

“Aman Allahım, mən nə etmişəm?” deyə düşündüm. Hava limanına gedərkən geridə qoyub getdiyim şeylər haqqında düşündüm və gözlərim doldu”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm