İdman
Messinin sol ayağı məndə olsaydı... - Keynin arzusu
Harri Keyn oyununda nələri inkişaf etdirə biləcəyi barədə düşünüb.
Publika.az xəbər verir ki, “Bayern Münhen” və İngiltərə millisinin hücumçusu “Qızıl top ” sahibinin hələ də hər hansı bir çatışmazlığı olub -olmadığı sualını cavablandırıb:
“Əlbəttə! Həmişə inkişaf etdirmək istədiyim sahələr olacaq – təqaüdə çıxmaq qərarına gələnə qədər belə olacaq, buna şübhə yoxdur. Amma eyni zamanda, inanıram ki, heç vaxt bu qədər hərtərəfli oyunçu olmamışam. Həm fiziki, həm də zehni olaraq meydana çıxanda özümü qabiliyyətlərimin zirvəsində hiss edirəm.
Oyunu, məkanı, mövqe tutmağı, müdafiəçiləri özümə cəlb etmək bacarığımı və son anda vuruşu başa düşməyim hazırda ən yüksək səviyyədədir. Bunu məşqlərdə, xüsusən də qol vurmanda görürəm. Buna görə də özümü əvvəlkindən daha çoxyönlü hiss edirəm. Və məni ruhlandıran da budur: hələ də əla formadayam. Nə qədər irəli gedə bilərəm? Təkmilləşməyə və daha yaxşı olmağa davam edəcəyəmmi? Görəcəyik”, – Keyn deyib.
33 yaşlı Keyn etiraf edib ki, “Qızıl top”un əvvəlki qaliblərdən bir keyfiyyəti borc almağa qarşı deyil.
Keyn gülümsəyərək əlavə edib: “Əgər Messinin sol ayağı məndə olsaydı, məni dayandırmaq praktik olaraq mümkün olmazdı”.
Müəllif: Tural
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq


















.webp)














.jpg)


