İspanların DÇ-2030 planı: Final oyunu uğrunda mübarizə səngimir
Bizi izləyin

İdman

İspanların DÇ-2030 planı: Final oyunu uğrunda mübarizə səngimir

İspanların DÇ-2030 planı: Final oyunu uğrunda mübarizə səngimir

İspaniya Kral Futbol Federasiyasının prezidenti Rafael Lusan 2030-cu il Dünya Kuboku finalının yenidən qurulmuş “Kamp Nou” stadionunda keçirilməsini istəyir.

Publika.az xəbər verir ki, Federasiya rəhbəri bu barədə İspaniya mətbuatına danışıb:

“Barselona meri artıq 2030-cu ildə finalın burada olmasını istədiyini bildirib. Ümid edirəm ki, belə olacaq, bunun üçün bütün imkanlar var”.

Lusan həmçinin xatırladıb ki, bu stadion 2029-cu ildə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

“Tədbirin uğurlu keçməsini və hər kəsin Avropanın ən yaxşı stadionu olacaq bu arenanı görə bilməsini təmin etmək üçün səylərimizi Barselona, ​​şəhər administrasiyası və RFEF ilə əlaqələndiririk”.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm