Nə qədər ki, Ceferin var, rusların qayıdışı mümkün deyil - Srnadan iddia
Bizi izləyin

İdman

Nə qədər ki, Ceferin var, rusların qayıdışı mümkün deyil - Srnadan iddia

Nə qədər ki, Ceferin var, rusların qayıdışı mümkün deyil - Srnadan iddia

“Şaxtyor”un idman direktoru Dario Srna Rusiya klublarının yaxın gələcəkdə Çempionlar Liqasına qayıtması ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, Srna yerli mətbuata verdiyi açıqlamada bildirib:

“Düşünürəm ki, bu, UEFA prezidenti Çeferinin rəhbərliyi altında mümkün deyil.

Yəni necə? Rusiya komandasının İngiltərəyə, Polşaya, İspaniyaya və ya İtaliyaya gəlməsi necə mümkündür? Bunu təsəvvür edə bilərsinizmi?

Bu mümkün deyil, çünki onlar öz dünyalarında yaşayırlar. Avropada xoş qarşılanmırlar.

Əgər Çelsi ilə “Stemford Bridc”də “Zenit” arasında oynanılan oyunu görsəydiniz, bu, xaos olardı. Düşünmürəm ki, Rusiya komandaları müharibə bitənə qədər UEFA yarışlarına qayıtmalıdırlar”, – Srna deyib.

Ukraynaya tammiqyaslı işğalın başlamasından sonra Rusiya klubları və milli komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Xatırladaq ki, bu ilin sentyabr ayında UEFA-nın Rusiya klublarına 2027/28 mövsümündə Avropa Kuboklarına dörd yer təqdim etdiyi barədə məlumat yayılmışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm