İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü - VİDEO
Bizi izləyin

İdman

İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü - VİDEO

İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü - VİDEO

İspaniya Sequnda Divizionunda “Tenerife” ilə “Andorra” (2-2) arasında keçirilən oyunda qonaqların qapıçısı Jesús Ovono ilə toqquşan “Tenerife”nin hücumçu Jesúus de Miguel ölüb.

Publika.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. Toqquşmadan sonra hücumçu meydanda uzanıb qalıb və bir neçə saniyə sonra digər oyunçular onun huşunu itirdiyini görüblər. O, daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

De Miguelin təxminən 20 dəqiqə ürək və tənəffüs dayanması keçirdiyi bildirilir. Xəstəxanaya aparılarkən ona ürək-ağciyər reanimasiyası edilib.

Bu səhər klub bildirib ki, Jesus de Miquelin nevroloji vəziyyəti pisləşib.

Daha sonra “Tenerife”" 30 yaşlı ispan futbolçunun vəfat etdiyini açıqlayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm