İdman
Bellingemin 50 yaşlı atası millidə debüt etdi - 7 qol vurdu
“Real Madrid”in ulduzu Cud Bellingemin atası Mark Bellingem 50 yaşında İngiltərənin 50 yaşdan yuxarı futbolçulardan ibarət veteranlar millisində debüt edib. O, ilk oyununda İrlandiya yığmasına qarşı 7 qol vuraraq diqqətləri üzərinə çəkib.
Publika.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Mark Bellingem ötən şənbə Kambricşirdə keçirilən qarşılaşmada hücumçu mövqeyində çıxış edib. O, ilk hissədə 6 dəfə fərqlənib, fasilədən sonra isə daha bir qol vuraraq komandasının 13:1 hesablı qələbəsinə böyük töhfə verib. Bununla yanaşı, bir məhsuldar ötürmə də edib.
Bu, Markın İngiltərə veteranlar millisinin heyətində ilk oyunu olub. O, peşəkar olmayan futbolda uzun illər çıxış edib, 17 il ərzində 22 klubun formasını geyinib. Karyerası ərzində “Leaminqton” və “Bromsqrov Sportinq” kimi komandalarla yanaşı, “Çeltenham Taun” və “Nyuport Kounti”də də oynayıb. 2019-cu ildə futbolçu karyerasını başa vursa da, veteranlar turnirlərində iştirakını davam etdirib.
Bellinqem ailəsi üçün həftəsonu digər uğurlarla da yadda qalıb. Markın böyük oğlu Cud “Real Madrid”in “Rasinq Santander” üzərində 3:0 hesablı qələbəsində fərqlənərək Madrid klubunda 50-ci qolunu vurub. Kiçik oğlu Cobe isə Dortmund “Borussiya”sının “Bavariya” ilə 2:2 hesablı heç-heçə etdiyi matçda yaxşı oyunu ilə seçilib.
-
Sosial00:00“Qalatasaray”dan Çempionlar Liqasında daha bir qələbə
-
İdman3 Noyabr 22:48Bellingemin 50 yaşlı atası millidə debüt etdi - 7 qol vurdu
-
Magazin13 Noyabr 21:48"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
İdman3 Noyabr 20:48"Yuventus" onu transfer etmək istəyir
-
Sosial3 Noyabr 20:24Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi - FOTO
-
Sosial3 Noyabr 19:12Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
-
Avropa3 Noyabr 19:00Yeri qazıb unikal qarışqa yuvasını oğurladılar
-
Nəqliyyat3 Noyabr 18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir































.jpg)


