İdman
Valdas Dambrauskas: "Vikinq"lə matça digər oyunlardakı kimi hazırlaşmışıq
"Vikinq"lə matça taktiki baxımdan hər oyuna hazırlaşdığımız kimi hazırlaşmışıq.
Publika.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveç təmsilçisi "Vikinq"ə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
V.Dambrauskas qeyd edib ki, rəqibin oyunlarını analiz ediblər: "Vikinq"in əvvəlki oyunlarda nələr etdiyini yaxşı bilirik. Onların bütün oyunlarını izləyirik. Bu komandanın güclü olduğunu görürük".
Baş məşqçi vurğulayıb ki, "Sabah"ın hər zaman növbəti matça qədər hazırlaşmağa çalışan futbolçuları var: "Bugünkü oyun üçün 23 futbolçu hazırdır. Amma onlardan bir neçəsi barədə axşamkı məşqdən sonra qərar veriləcək".
Mütəxəssis komandada ab-havanın yüksək olduğunu söyləyib: "Mənim üçün əsas məsələ komandanın növbəti oyuna qədər bərpasıdır".
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatınız çiçəklənəcək
-
Sosial00:00“Qalatasaray”dan Çempionlar Liqasında daha bir qələbə
-
İdman3 Noyabr 22:48Bellingemin 50 yaşlı atası millidə debüt etdi - 7 qol vurdu
-
Magazin13 Noyabr 21:48"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
















.jpg)












.jpg)



