İdman
Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar
“Qarabağ” Azərbaycan Premyer Liqasının XI turunun oyununda “Azersun Arena”da “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Xalqımızı Zəfər günü münasibətilə təbrik edirəm. Oyuna gəldikdə, daha yaxşı ola bilərdik. Qalib gəlmək istəyirdik. Ümumən futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım. Yaxşı müdafiə olunan və sürətli əks-hücumlar quran bir kollektivə qarşı oynayırdıq. Rəqibə qapımızda yüz faizli qol epizodu yaratması üçün şərait yaratmadıq. Autdan sonra top bizə keçdi, sonra onlara, nəticədə qol oldu. Yəqin bu, onların haqqı idi. Rəqibi təbrik edirəm. “Turan Tovuz” bir neçə turdur inamlı təsir bağışlayır. Yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Qarşıda milli fasilə olacaq. Bundan faydalanmağa çalışacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.
– “Qarabağ” qol epizodlarını dəyərləndirə bilmir. Bu, problemdir?
– Hər ad vermək olar. Daha diqqətli olmaq lazımdır. Bəxtsizlik demək istəmirəm. Futbolçular daha dəqiq və soyuqqanlı olmalıdırlar. Əvvəllər də demişdim ki, bir-birimizi tamamlamaqda çatışmazlıqlar var. İstənilən rəqib liderlərə qarşı daha yığcam, daha sağlam müdafiə olunur. Bu, onların qarşılarına qoyduğu ilk oyun fəlsəfəsidir. Belə rəqibə qarşı yaxşı hücumlarımız oldu. Hər bir halda hücum xəttində ustalığı yaxşılaşdırmaq lazımdır.
– Uzun müddətdir “Azersun Arena”da oynamırdız. Məğlubiyyətin səbəblərindən biri də stadionun dəyişməsi ola bilər?
– Xeyr, deməzdim. Burada dəfələrlə oynamışıq, bizim doğma arenamızdır. “Turan Tovuz”a Tofiq Bəhramov adına Respublika Stadionunda da məğlub olmuşuq. Bu, futboldur. Pozitiv şəkildə önə baxmaq lazımdır.
– Futbolçuların bir-birinə uyğunlaşma prosesinin bu qədər uzun çəkəcəyini gözləyirdiz?
– Bəlkə də gözləmirdim. Amma yaxşı hisslər var. Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar. Zədəli futbolçularımız da olmuşdu. Son vaxtlar pozitiv oyun görürəm. Düzəltməyə çalışacağıq.
-
ABŞ23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq

























.jpg)










.jpg)
