İdman
İspaniyadan 2030-cu il dünya çempionatı ilə bağlı sərt təhdid
2030-cu il futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi məkan ətrafında İspaniya ilə Mərakeş arasında rəqabət kəskinləşib. İspaniyanın Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoo finalın ölkəsində təşkil olunmayacağı təqdirdə İspaniyanın mundialın təşkilatçılığından çəkilməli olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Feyxoo “El Chiringuito” proqramına açıqlamasında dünya çempionatının finalına ev sahibliyi etmək üçün ən uyğun ölkənin İspaniya olduğunu bildirib. Onun fikrincə, bu seçim həm ədalətli, həm də məntiqlidir.
Siyasətçi mövqeyini əsaslandırarkən İspaniyanın böyük idman yarışlarını yüksək səviyyədə təşkil etmək imkanlarına malik olduğunu vurğulayıb. O, həmçinin Mərakeşin sonradan ev sahibi ölkələr siyahısına daxil edildiyini xatırladaraq, İspaniyanın kişi və qadın futbolunda dünya çempionu olduğunu diqqətə çatdırıb.
Feyxoo daha sərt mövqe nümayiş etdirərək bildirib ki, hökumətə rəhbərlik edəcəyi təqdirdə finalın Mərakeşdə keçirilməsi qərarına qarşı çıxacaq. Onun sözlərinə görə, İspaniya finala ev sahibliyi edə bilməyəcəksə, mundialın təşkilində iştirak etməməlidir. Bu qərarı həqiqətən verib-verməyəcəyi ilə bağlı suala isə müsbət cavab verib.
Qeyd edək ki, 2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş birgə ev sahibliyi edəcək. Turnirin 100 illiyi münasibətilə Argentina, Uruqvay və Paraqvayda da yubiley oyunları keçiriləcək. Mundialın final matçının hansı ölkədə təşkil olunacağı ilə bağlı FIFA hələ yekun qərar verməyib.
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq











.jpg)
























.jpg)
