Neymarın atasına yüksək vəzifə verildi
Bizi izləyin

İdman

Neymarın atasına yüksək vəzifə verildi

Neymarın atasına yüksək vəzifə verildi

Neymar da Silva “Santos”un yeni baş direktoru olub.

Publika.az xəbər verir ki, “Santos”un futbolçusu Neymarın atası olan iş adamı dekabr ayına qədər strateji planlaşdırma vəzifəsini tutacaq və Teyşeyra yenidən klub prezidenti seçiləcəyi təqdirdə bu vəzifədə qalacaq.

“Globo Esporte”nin məlumatına görə, seçkilər 12 dekabra planlaşdırılıb.

Baş direktor vəzifəsindən əlavə, Neymar həmçinin gənc oyunçuların karyerasına nəzarət edəcək Meninos da Vila İnstitutunun, eləcə də “Santos Eternal Icons” proqramının prezidenti olacaq.

Neymar da Silva oğlunun qayıtmasından bəri “Santos”un fəliyyətində aktiv şəkildə iştirak edir.

Məsələn, o, “Vila Belmiro” stadionunun təkmilləşdirilməsi, o cümlədən soyunma otaqlarının təmiri və tribunaların rənglənməsi üçün tərəfdaşlıqlara cavabdeh idi.

İş adamı həmçinin təlim mərkəzində yeni gənclər akademiyası obyektlərinin tikintisində vasitəçilik edib. İnvestisiya 8 milyon real (təxminən 1,46 milyon dollar) həcmində qiymətləndirilib və Neymarın atası layihəyə şirkətləri cəlb etməkdən məsul olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm