Porno qalmaqalı: Azarkeşlər klub rəhbərliyinə etiraz edir
Bizi izləyin

İdman

Porno qalmaqalı: Azarkeşlər klub rəhbərliyinə etiraz edir

Porno qalmaqalı: Azarkeşlər klub rəhbərliyinə etiraz edir

İngiltərənin “Lester” futbol klubu sponsorunun pornoaktrisa Eva Elfini reklam kampaniyasına cəlb etməsi səbəbindən qalmaqalla üzləşib. Komandanın azarkeşlərini birləşdirən “The Foxes Trust” təşkilatı klub rəhbərliyini onlayn kazino ilə əməkdaşlığı davam etdirdiyinə görə sərt tənqid edib.

Publika.az xəbər verir ki, narazılığa “Lester”in sponsoru olan BC Game onlayn kazinosunun Eva Elfi ilə yeni reklam tərəfdaşlığına başlaması səbəb olub. Əsl adı Yuliya Romanova olan və Rusiyanın Omsk şəhərində doğulan Elfi böyüklər üçün nəzərdə tutulan əyləncə sənayesində tanınır. O, reklam kampaniyasında “beynəlxalq kontent yaradıcısı və kib idman siması” kimi təqdim edilib.

“The Foxes Trust” noyabrın 5-də yaydığı bəyanatda klubun kazino ilə əməkdaşlığının onun ənənəvi dəyərlərinə uyğun gəlmədiyini bildirib. Təşkilat xatırladıb ki, BC Game-in loqosu artıq üçüncü mövsümdür “Lester”in formalarında yer alır. Azarkeşlər isə hələ 2024-cü ilin iyulunda bu sponsorluğa etiraz etdiklərini açıqlamışdılar.

Təşkilatın mövqeyinə görə, qumar oyunları və pornoqrafiya xüsusilə gənclər üçün ciddi mənfi təsirlər yarada bilər. Belə əməkdaşlıqların hər iki sahəni daha geniş auditoriyaya təqdim etməsi və bununla da klubun nüfuzuna zərər vurması narahatlıq doğurur.

Azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 73 faizi sponsorun yeni reklam tərəfdaşlığını mənfi qarşılayıb, cəmi 5 faizi isə dəstəkləyib. “The Foxes Trust” tərəfdarları klubun oyun formalarını alarkən üzərində BC Game loqosu olmayan variantlara üstünlük verməyə çağırıb.

Klub rəhbərliyi isə azarkeşlərin narahatlığını ciddi qəbul etdiyini və məsələ ilə bağlı BC Game ilə danışıqlar apardığını açıqlayıb. Bildirilib ki, tərəflər hamını qane edəcək həll yolu tapmağa çalışırlar.

Qeyd edək ki, 2016-cı ildə İngiltərə çempionu olan “Lester” hazırda ölkənin üçüncü səviyyəli liqasında – Birinci Liqada mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm