İdman
Keynin “Bayern”dəki fantastik maaşı
İngiltərə millisinin kapitanı Harri Keyn “Bayern” ilə müqaviləsini 2029-cu ilin iyununa qədər uzadıb. Ulduz futbolçunun yeni anlaşma çərçivəsində əldə edəcəyi maaş isə Almaniya futbolunda rekord müəyyənləşdirəcək.
Publika.az xəbər verir ki, “Sky Germany”nin məlumatına görə, 33 yaşlı hücumçunun illik ümumi qazancı bonuslarla birlikdə 30 milyon avronu ötəcək. Bonusların məbləği Bundesliqada qazanılacaq titullardan, Çempionlar Liqasındakı nəticələrdən, fərdi mükafatlardan, eləcə də qol və məhsuldar ötürmə göstəricilərindən asılı olacaq.
Beləliklə, Keyn klub tarixinin ən yüksək ödəniş alan futbolçusuna çevriləcək və Avropanın ən çox qazanan üç oyunçusundan biri olacaq. Onun yeni müqaviləsində sərbəstqalma maddəsi nəzərdə tutulmayıb. Bu isə Münhen təmsilçisinə futbolçunun gələcəyi üzərində tam nəzarət imkanı verir.
Keyn 2023-cü ildə “Tottenhem”dən 95 milyon avro ilkin transfer məbləği qarşılığında “Bayern”ə keçib. İngiltərəli forvard Almaniya klubunda indiyədək 161 rəsmi oyuna çıxıb, 156 qol vurub və 41 məhsuldar ötürmə ilə yadda qalıb.
“Bayern”ın baş icraçı direktoru Yan-Kristian Drezən də yeni müqaviləni şərh edərkən Keyni dünyanın ən yaxşı futbolçularından biri kimi qiymətləndirib. O bildirib ki, klub belə səviyyəli oyunçunu komandada saxlamaq üçün böyük maliyyə öhdəliyini üzərinə götürməyə hazırdır və Keyn ona yatırılan hər avronun qarşılığını verib.
İngiltərə millisinin kapitanı isə Münhendə özünü xoşbəxt hiss etdiyini, ailəsinin də şəhərə uyğunlaşdığını bildirib. O, “Bayern”in azarkeşlərini və klubun mühitini sevdiyini vurğulayaraq komandası ilə daha çox titul qazanmaq istədiyini söyləyib.
Yeni anlaşma ilə “Bayern” əsas hücumçusunu 2029-cu ilə qədər heyətində saxlamağı təmin edib.
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu















.jpg)


















.jpg)
