Tofiq Əliyev dünya çempionatında ikinci oldu
Bizi izləyin

İdman

Tofiq Əliyev dünya çempionatında ikinci oldu

Tofiq Əliyev dünya çempionatında ikinci oldu

Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb.

Publika.az xəbər verir ki, tamblinq üzrə fərdi proqramda mübarizə aparan idmançı final mərhələsində 29.700 xal toplayaraq ikinci yeri tutub. Bu, Tofiq Əliyevin karyerasında fərdi proqram üzrə dünya çempionatında qazandığı ilk gümüş medaldır.

Finalda Portuqaliya təmsilçisi Vasko Peso qızıl, ABŞ gimnastı Kaden Broun isə bürünc medala sahib olub.

Bu nəticə ilə Azərbaycan təmsilçilərinin tamblinq üzrə dünya çempionatında çıxışları başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm