Ulduz futbolçuya keçmiş sevgilisindən xəyanət ittihamı
Bizi izləyin

İdman

Ulduz futbolçuya keçmiş sevgilisindən xəyanət ittihamı

Ulduz futbolçuya keçmiş sevgilisindən xəyanət ittihamı

“Şaxtyor”un hücumçusu Kauan Eliasın şəxsi həyatı böyük qalmaqalın mərkəzinə çevrilib.

Publika.az xəbər verir ki, ondan hamilə olan keçmiş sevgilisi Bruna Rotta 13 dəqiqəlik video yayımlayıb və orada ayrılmalarının səbəblərini izah edib və braziliyalını təkrar xəyanətdə günahlandırıb.

Qızın sözlərinə görə, belə hadisələrdən biri iyun ayında, uşağın cinsiyyətini açıqlama məclisindən sonra baş verib. İddialara görə, Elias başqa bir məclisə gedib və gecə saat 2 radələrində sərxoş halda evə qayıdıb.

Bruna sonradan futbolçunun xəyanətini göstərən mesajlar, ekran görüntüləri və səs yazıları alıb.

Rotta həmçinin iddia edib ki, Kauan atalığı təsdiqləmək üçün DNT testi tələb edib.

Münaqişəyə baxmayaraq, cütlük münasibətlərini düzəltməyə çalışıb.

Elias Brunanın yanına çiçəklər, onu və gələcək qızını həyatındakı ən vacib insanlar adlandırdığı bir kartla gəlib. Elias futbolçunu bağışlayıb və sonradan onunla birlikdə Ukraynaya gəlib.

Lakin Rotta bildirib ki, köçdükdən sonra başqa bir qadın onunla əlaqə saxlayaraq Rio-de-Janeyroda Eliasla münasibətdə olduğunu iddia edib. İddialara görə, Bruna onların yazışmalarının 30-dan çox ekran görüntüsünü alıb.

Onun sözlərinə görə, mesajlarda futbolçunun qadınla ünsiyyətini davam etdirdiyi və hətta onu Ukraynaya gətirməyi planlaşdırdığı göstərilir.. Bundan sonra hamilə qadın münasibətlərini birdəfəlik bitirərək Braziliyaya qayıtmaq qərarına gəlib.

Qız ayrılığın travmasının onun psixoloji vəziyyətinə ciddi təsir etdiyini etiraf edib. O, peşəkar kömək axtarır və öz etirafına görə, hər gün antidepressant qəbul edir.

Kauan Elias hələlik keçmiş sevgilisinin ittihamlarına cavab verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm