Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşdi
Bizi izləyin

İdman

Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşdi

Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşdi

"Sərhədçi" komandası Peşəkar Çövkən Liqasının qalibi olub.

Publika.az xəbər verir ki, sərhədçilər bu tur "Zəfər"i 1:0 hesabı ilə məğlub etməklə son oyunun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıblar.

Turun mərkəzi qarşılaşmasında "Elite" kollektivi "Polad"a 2:3 hesabı ilə məğlub olaraq çempionluq şansını itirib.

Çempionatın son turunda "Sərhədçi" ilə "Elite" üz-üzə gələcək. "Elite" qələbə qazana bilməsə, digər oyunda "Polad" "Şamaxı"nı məğlub edərsə halda "Polad" komandası gümüş medallara sahib çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm