İdman
Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
Kriştiano Ronaldonun beynəlxalq karyerasını başa vurduğunu açıqlamasından sonra futbol dünyasının tanınmış simaları portuqaliyalı ulduza təşəkkür və vida mesajları ünvanlayıblar. Lakin Lionel Messinin bu paylaşımlara qoşulmaması diqqət çəkib və azarkeşlər arasında müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə xarici idman mediası yazıb.
Maraqlı məqam ondan ibarətdir ki, Ronaldo daha əvvəl Messiyə iki dəfə dəstək mesajı göndərib. Argentinalı futbolçu milli komandada son oyununu keçirəndən sonra sosial şəbəkədə vida paylaşımı edib. O, Argentina millisinin formasını geyinməyi artıq indidən darıxacağını bildirərək karyerasının onun üçün unudulmaz bir yol olduğunu vurğulayıb.
Ronaldo isə həmin paylaşımın altına şərh yazaraq rəqibinin ölkəsi üçün gördüyü işləri yüksək qiymətləndirib: “Leo, uzun illər ölkəni təmsil etdin və heç vaxt unudulmayacaq bir tarix yazdın. Argentina ilə qazandıqlarına böyük hörmətim var. Səni qucaqlayıram”.
Portuqaliyalı ulduzun Messiyə göstərdiyi diqqət bununla da məhdudlaşmayıb. Avqustun 12-də argentinalı futbolçunun atasının vəfatı ilə bağlı paylaşımına da Ronaldo münasibət bildirib. O, çətin günlərində Messiyə və yaxınlarına dəstək ifadə edib.
Bununla belə, Ronaldo beynəlxalq karyerasını başa vurduğunu açıqlayanda Messi ona hər hansı açıq mesaj ünvanlamayıb. Məhz bu məqam futbol ictimaiyyətində iki ulduz arasındakı münasibətlərin yenidən müzakirə olunmasına səbəb olub.
Qeyd edək ki, Messi və Ronaldo təxminən 20 il dünya futbolunun ən böyük rəqabətlərindən birinin əsas simaları olublar. Portuqaliyalı futbolçu “Qızıl top”u beş, argentinalı ulduz isə səkkiz dəfə qazanıb. Onların rəqabəti xüsusilə 2009-2018-ci illərdə “Real Madrid” və “Barselona”nın heyətində çıxış etdikləri dövrdə ən yüksək həddə çatıb.
Digər tərəfdən, Ronaldonun karyerası ilə bağlı qərarından sonra Neymar, Xames Rodriges, Vinisius Junior, Serxio Ramos, Rio Ferdinand, Pepe, Nani, Bruno Fernandeş, Dioqu Dalot, Marselo və Tibo Kurtua kimi futbol dünyasının tanınmış simaları ona vida mesajları göndəriblər.
Beləliklə, Ronaldonun vida açıqlaması futbol ictimaiyyətində geniş əks-səda doğursa da, Messinin susqunluğu hadisənin ən çox diqqət çəkən məqamlarından birinə çevrilib.
-
İdman23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)




























.jpg)








.jpg)
