"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
Bizi izləyin

İdman

"Real" səfərdə "Valensiya"nı darmadağın etdi

"Real" səfərdə "Valensiya"nı darmadağın etdi

"Real Madrid" klubu İspaniya La Liqasının XII turunda səfərdə "Valensiya"ya böyük hesabla qalib gəlib.

Publika.az xəbər verir ki, "Mestalya" stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.

"Real"ın yarımmüdafiəçisi Federiko Valverde 28-ci dəqiqədə hesabı açıb. Arda Gülər 36-cı dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. Kilian Mbappe isə 75-ci dəqiqədə Madrid təmsilçisinin üçüncü qolunu vurub.

"Valensiya"nın müdafiəçisi Xose Luis Qaya 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra "Real" xallarının sayını 30-a çatdıraraq müvəqqəti olaraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. 9 xalı olan "Valensiya" isə 19-cu yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm