Azərkeşlər Türkiyədə yerli idmançıya qalib gələn azərbaycanlını döydülər - VİDEO
Bizi izləyin

İdman

Azərkeşlər Türkiyədə yerli idmançıya qalib gələn azərbaycanlını döydülər - VİDEO

Azərkeşlər Türkiyədə yerli idmançıya qalib gələn azərbaycanlını döydülər - VİDEO

İstanbulda keçirilən peşəkar boks gecəsində Fransa təmsilçisi, Azərbaycan əsilli boksçu Murad Əliyev Türkiyə idmançısı Umut Çamkıranı hakimlərin yekdil qərarı (xal hesabı) ilə məğlub edərək vakant olan “WBC Silver” çempionluq kəmərinin sahibi olub.

Publika.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan dərhal sonra rinqdə və zalda böyük qalmaqal yaşanıb. Murad Əliyevin tribunadakı azarkeşlərə doğru etdiyi əl jesti yerli tamaşaçıların sərt etirazına səbəb olub.

Nəticədə bir qrup azarkeş və komanda üzvləri rinqə daxil olaraq qalib boksçuya fiziki hücum edib, kütləvi dava-dalaş düşüb.

Əliyev paltardəyişmə otağına yollanarkən belə tribunadan onun üzərinə müxtəlif əşyalar (kreslolar) atılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm