“Real”ın ulduzları mühafizəçiləri döyməkdə ittiham olunurlar
Bizi izləyin

İdman

“Real”ın ulduzları mühafizəçiləri döyməkdə ittiham olunurlar

“Real”ın ulduzları mühafizəçiləri döyməkdə ittiham olunurlar

“Real Madrid”in iki oyunçusu La Liqanın “Valensiya” ilə oyununun fasiləsindəki davranışlarına görə cəzalandırıla bilərlər.

İlk hissədən sonra tuneldə komandalar arasında dava düşüb. Publika.az xəbər verir ki, “The Touchline” qəzetinin jurnalist Naço Sançisə istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Cud Bellinqem və müdafiəçi Antonio Ryudiger münaqişəni həll etməyə çalışan təhlükəsizlik işçilərinə hücum etməkdə ittiham olunurlar: mənbənin məlumatına görə, ingilis mühafizəçiyə yumruq atıb, alman isə stadionun digər işçisinə şillə vurub.

Təhlükəsizlik xidməti hadisə barədə hakimə məlumat verib və hakim oyundan sonrakı hesabata şikayəti daxil edib.

Hansı sanksiyaların tətbiq olunacağı bəlli deyil, lakin hər iki oyunçu günahkar bilinərsə, uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.

“Real Madrid” “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm