6 nəfəri öldürdü, 15 nəfəri yaraladı... - Terror aktını törədən şəxsin kimliyi bilindi
Bizi izləyin

İdman

6 nəfəri öldürdü, 15 nəfəri yaraladı... - Terror aktını törədən şəxsin kimliyi bilindi

6 nəfəri öldürdü, 15 nəfəri yaraladı... - Terror aktını törədən şəxsin kimliyi bilindi

Polşanın Krakov şəhərinin əsas meydanında atəş açaraq 6 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olan şəxsin atıcılıq klubunun üzvü olduğu məlum olub.

Publika.az xəbər verir ki, bu barədə “Świt” atıcılıq klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun “Facebook” səhifəsində yayımlanan açıqlamada 24 yaşlı şəxsin klubda döyüş və ya taktiki atış təlimləri almadığı bildirilib. Həmçinin qeyd olunub ki, klub rəhbərliyi istintaq çərçivəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və hadisə ilə bağlı əlavə açıqlama verməyəcək.

Xatırladaq ki, hadisə yerli vaxtla saat 15:00 radələrində Krakovun Əsas Meydanında baş verib. Kamuflyaj geyinmiş 24 yaşlı Polşa vətəndaşı “Subaru” markalı avtomobildən təsadüfi yoldan keçənlərə atəş açıb.

Nəticədə 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan 12-sinin, o cümlədən iki polis əməkdaşının vəziyyətinin ağır olduğu bildirilib.

Silahlı şəxs saxlanılarkən güllə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Daha sonra polis onun yaşadığı mənzildə daha üç nəfərin meyitini aşkarlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm