Ser Aleksin “Yunayted”ə gəlişinin 40 illiyi: Görün başına kimlər toplaşdı - FOTO
Bizi izləyin

İdman

Ser Aleksin “Yunayted”ə gəlişinin 40 illiyi: Görün başına kimlər toplaşdı - FOTO

Ser Aleksin “Yunayted”ə gəlişinin 40 illiyi: Görün başına kimlər toplaşdı - FOTO

“Mançester Yunayted”in əfsanəvi futbolçuları Ser Aleks Ferqyusonun baş məşqçi təyin olunmasının 40 illiyini qeyd etmək üçün bir araya gəliblər.

Publika.az xəbər verir ki, Ferqyusonu təbrik etmək üçün bir sıra keçmiş oyunçular və “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik bir araya gəliblər.

Mançesterdə keçirilən gecədə Nemanya Vidiç , Robin van Persi, Edvin van der Sar, Darren Fletçer, Conni Evans, Xavyer Hernandes, Con O’Şi, aktyor və “Mançester Yunayted” azarkeşi Ceyms Nesbitt və başqaları iştirak ediblər.

“Ser Aleksin “Mançester Yunayted”ə gəlməsinin 40 illiyini qeyd etmək üçün möhtəşəm bir axşam!

“Uşaqlarla görüşmək, onun bu klubun tarixində dərin iz buraxmağı bacardığı barədə gözəl çıxışlarını eşitmək çox xoş idi!”, – deyə “Mançester Yunayted”in keçmiş qapıçısı van der Sar sosial mediada yazıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm