İdman
Polşa mətbuatı Mahir Emrelinin çıxışını yüksək qiymətləndirdi
Polşa çempionatında “Rakuv”un səfərdə “Legiya”nı 4:2 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra Mahir Emrelinin çıxışı yerli mətbuatda müzakirə olunub.
Publika.az xəbər verir ki, “Sport.pl” nəşri matçdan sonra jurnalist və ekspertlərin fikirlərini dərc edib. Komandanın yeni baş məşqçisi David Şvarqanın rəhbərliyi altında göstərdiyi oyun müsbət qiymətləndirilib.
“naWylotTV”nin şərhçisi Kamil Qlemboçki isə Azərbaycan millisinin üzvü Mahir Emrelinin performansına xüsusi diqqət çəkib. O, hücumçunun qol vurmasa da, qələbədə mühüm pay sahibi olduğunu bildirib:
“Etiraf etməliyəm ki, belə başlanğıca inanmırdım. “Legiya” öz meydanında məğlub edildi. Möhtəşəm oyun idi. Bu gün komandanı yalnız tərifləmək olar. Otienoya, Kvyatkovskiyə və müdafiə xəttinə afərin. Tudor da əla oynadı, təcrübəsi açıq-aydın görünürdü. Emreli qol vurmasa da, qələbədə çox vacib rol oynadı”.
Qeyd edək ki, görüşə start heyətində başlayan Mahir Emreli “Rakuv”un ikinci qolunun ötürməsini verib. Azərbaycanlı futbolçu 73-cü dəqiqədə əvəzlənib.
Mövsümə uğursuz başlayan “Rakuv” yeni baş məşqçi David Şvarqanın rəhbərliyi altında nəticələrini yaxşılaşdırmağa çalışır. Komanda 14 turdan sonra 12 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı














.jpg)










.jpg)
.jpg)








.jpg)


