İdman
Bundesliqada qorxulu anlar: Karius və Gosens qanlı toqquşmadan sonra zədələndi
Almaniya Bundesliqasında “Hoffenhaym”la “Şalke” arasında keçirilən qarşılaşmada xoşagəlməz hadisə yaşanıb. “Şalke”nin qapıçısı Loris Karius və komanda yoldaşı Robin Gosens meydanda sərt toqquşmadan sonra zədələnərək oyunu davam etdirə bilməyiblər.
Publika.az xəbər verir ki, “Hoffenhaym”ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 47-ci dəqiqəsində stadionda gərgin anlar yaşanıb.
“Bild” nəşrinin məlumatına görə, Fisnik Asllaninin təxminən 14 metr məsafədən vurduğu zərbədən sonra Karius topu saxlaya bilməyib. Bu zaman topu uzaqlaşdırmağa çalışan Gosenslə qapıçı eyni anda hərəkətə keçib və futbolçuların sərt toqquşması baş verib. Gosensin uzadılmış ayağı Kariusun başına dəyib.
Bir neçə dəqiqə meydanda hərəkətsiz qalan qapıçıya tibbi yardım göstərilib. Ehtiyat qapıçı Kevin Müller də meydana çıxmaq üçün hazır vəziyyətə gətirilib. Burnundan zədə alan Karius daha sonra meydanı öz ayaqları ilə tərk etsə də, oyuna davam edə bilməyib. Onu Müller əvəzləyib.
Toqquşma Gosens üçün də ciddi nəticələnib. Dizindən zədə alan futbolçuya meydanda ilkin tibbi yardım göstərilib. Ayağına qalın sarğı qoyulan müdafiəçi qarşılaşmanı davam etdirə bilməyib və onun yerinə Vitali Yanelt meydana daxil olub.
Qeyd edək ki, görüşün ilk hissəsində “Hoffenhaym” Fisnik Asllani və Lemperlenin qolları ilə 2:0 hesablı üstünlük əldə edib. “Şalke”nin Junior Adamu ilə 81-ci dəqiqədə vurduğu qol isə məğlubiyyətin qarşısını almağa kifayət etməyib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız



























.jpg)
.jpg)







.jpg)


