Peres “Bernabeu”da “Barselona” azarkeşi ilə zarafat etdi: “Polis, bura gəlin!”
Bizi izləyin

İdman

Peres “Bernabeu”da “Barselona” azarkeşi ilə zarafat etdi: “Polis, bura gəlin!”

Peres “Bernabeu”da “Barselona” azarkeşi ilə zarafat etdi: “Polis, bura gəlin!”

“Real Madrid”in prezidenti Florentino Peres Madridin “Santyaqo Bernabeu” stadionunda maraqlı anlar yaşayıb. Klub rəhbəri stadionda qarşılaşdığı amerikalı qadının “Barselona” azarkeşi olduğunu öyrənəndə onunla zarafat edib.

Publika.az xəbər verir ki, hadisə stadionda Amerika futbolu üzrə NFL çempionatının “Sinsinnati Benqals” və “Atlanta Falkons” komandaları arasında keçirilən matç zamanı baş verib.

“Tribuna” nəşrinin məlumatına görə, Peres tribunada qarşılaşdığı amerikalı qadından “Real Madrid” azarkeşi olub-olmadığını soruşub. Qadının rəqib komanda – “Barselona”nı dəstəklədiyini bildirməsi klub prezidentini güldürüb.

Peres isə zarafatla yüksək səslə “Sən “Barselona” azarkeşisən? Polis! Bura gəlin!” deyə səslənib.

“Marca” nəşrinin kamerasına düşən dialoqun görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, həmin qarşılaşmada Co Barrounun formasını geyindiyi “Sinsinnati Benqals” “Atlanta Falkons” üzərində 34:17 hesablı qələbə qazanıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm