İdman
“Barselona”nın ÇL arzusu təhlükə altında - Müdafiədəki problemlər üzə çıxdı
“Barselona” İspaniya çempionatında liderliyi ələ keçirsə də, komandanın müdafiə xəttindəki problemlər Çempionlar Liqasındakı iddialarını sual altına qoyur.
Publika.az xəbər verir ki, “Goal” nəşrinin təhlilində kataloniyalıların “Atletiko Madrid” üzərində 2:1 hesablı qələbəsinə baxmayaraq, müdafiədə ciddi çatışmazlıqların qaldığı vurğulanıb.
Madriddə keçirilən qarşılaşmada əvvəlcə meydan sahibləri hesabı açıblar. Culiano Simeonenin 10-cu dəqiqədə vurduğu qoldan sonra “Barselona” Fermin Lopesin dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Fasilədən sonra yenidən fərqlənən Lopes komandasına vacib üç xal qazandırıb.
Bu qələbə Hansi Flikin yetirmələrinə çempionatda liderliyə yüksəlmək imkanı versə də, müdafiə xəttindəki nöqsanları aradan qaldırmayıb. Nəşr hesab edir ki, hücum potensialı yüksək olan komanda müdafiədəki qeyri-sabitliyə görə Avropanın ən nüfuzlu klub turnirində hədəfinə çatmaya bilər.
Qışda yeni müdafiəçi transfer edilə bilər
Müzakirələrin əsas mövzularından biri qış transfer pəncərəsində mərkəz müdafiəçisinin alınması ehtimalıdır. İspaniyalı jurnalist Luis Flaquer hesab edir ki, komandaya keyfiyyət qatacaq futbolçu tapılarsa, bu mövqeyə transfer həyata keçirilməlidir.
Lakin “Barselona”nın maliyyə vəziyyəti belə addım atmağa imkanları məhdudlaşdırır. Jurnalist Xordi Martinin sözlərinə görə, klubun maaş limiti üzrə cəmi 3-4 milyon avro boşluğu qalıb. Buna görə də yeni müdafiəçinin transferi üçün əvvəlcə futbolçulardan birinin satılması lazım gələ bilər.
Flikin qarşısında taktiki seçim
Mütəxəssislər müdafiə problemlərinin yalnız futbolçu çatışmazlığı ilə bağlı olmadığını düşünürlər. Komandanın yüksək müdafiə xətti ilə oynaması və topa sahib olduğu vaxtlarda müdafiə təhlükəsizliyini lazımi səviyyədə qoruya bilməməsi də risk yaradır.
Keçmiş futbolçu Kiko Narvaes “Barselona”nın bəzi Avropa rəqibləri ilə müqayisədə fərqli səviyyədə göründüyünü bildirib. Digər ekspertlər isə Flikin komandanın taktikasına düzəliş etməli, oyun ərzində tempə və müdafiə xəttinin mövqeyinə daha düzgün nəzarət göstərməli olduğunu vurğulayırlar.
Bununla yanaşı, bəzi şərhçilər gənc müdafiəçilərə yönələn tənqidləri də ədalətli saymırlar. Onların fikrincə, Pau Kubarsi və Jerar Martin kimi futbolçuların bir neçə uğursuz çıxışına görə bütün məsuliyyəti onların üzərinə qoymaq düzgün deyil.
Nəşrin qənaətinə görə, “Barselona”nın Çempionlar Liqasının əsas favoritlərindən birinə çevrilməsi üçün heyətin tam hazır olması ilə yanaşı, müdafiə problemləri də həll edilməlidir. Əks halda, İspaniya çempionatındakı liderlik komandanın Avropadakı zəif tərəflərini gizlədə bilməyəcək.
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə

















.jpg)



.jpg)










.jpg)



