Tramp ona Ağ Evin mətbuat katibi vəzifəsini zarafatla təklif edibmiş
Bizi izləyin

İdman

Tramp ona Ağ Evin mətbuat katibi vəzifəsini zarafatla təklif edibmiş

Tramp ona Ağ Evin mətbuat katibi vəzifəsini zarafatla təklif edibmiş

ABŞ Prezidenti Donald Tramp Ultimate Fighting Championship (UFC) təşkilatının rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etməsi ilə bağlı açıqlamasının zarafat olduğunu deyib.

Publika.az xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində Uaytın bu təklifi bəyəndiyini, lakin özünün bunu ciddi şəkildə irəli sürmədiyini bildirib.

“Düşünürəm ki, o, Vaşinqtonda olacaq və mənimlə görüşəcək. Amma deyim ki, mən sadəcə zarafat edirdim. Dana bu ideyanı bəyənir. Onun kimisi yoxdur, möhtəşəm insandır. Bu, sadəcə bir az əyləncə idi”, – deyə ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, Tramp şənbə günü “Truth Social” platformasında paylaşım edərək Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlamışdı. O, Uaytın bu vəzifədə digərlərindən fərqlənəcəyini vurğulayaraq, onu təklifi qəbul etməyə çağırmışdı.

Uayt isə təkliflə bağlı suala cavabında kifayət qədər işi olduğunu bildirmiş, bazar ertəsi Trampla görüşəcəyini açıqlamışdı. Bununla belə, vəzifəni qəbul edib-etməyəcəyi barədə konkret fikir bildirməmişdi.

Ağ Evin mətbuat katibi postu oktyabr ayında Keti Zaxarianın vəzifədən ayrılmasından sonra boş qalıb. O, bu vəzifədə cəmi beş gündən az müddət çalışıb. Zaxaria daha əvvəl postu tutmuş Kerolayn Livitti əvəz etmişdi.

Qeyd edək ki, Dana Uayt UFC ilə yanaşı, PowerSlap və Zuffa Boxing təşkilatlarının da rəhbəridir. O, həmçinin “Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi olan “Meta” şirkətinin idarə heyətinin üzvüdür. Uayt 2016, 2020 və 2024-cü illərdə Respublikaçılar Partiyasının qurultaylarında Trampa dəstək verən çıxışlar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm