İdman
FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti təşkilatın ABŞ prezidenti Donald Trampla əlaqələrinin araşdırılması çərçivəsində ABŞ Konqresinə çağırıla bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Dərc olunmuş məlumata görə, konqresmen Ceymi Raskin yanvar ayında Nümayəndələr Palatasının Hüquq Komitəsinə rəhbərlik edə bilər. Bu, ona İnfantinonu ifadə vermək üçün Konqresə rəsmi çağırışla dəvət etmək imkanı yaradacaq.
Raskin 2026-cı ilin iyulunda FIFA-nın Trampla, onun administrasiyası və ABŞ prezidentinin ailə şirkəti ilə əlaqələrinə dair araşdırmanın təşəbbüskarı olub. Bununla belə, İnfantinonun Konqresə çağırılması ilə bağlı hələ qərar qəbul edilməyib.
Bundan əvvəl İnfantino ətrafında qalmaqal dalğası 2026-cı il dünya çempionatının başa çatmasından qısa müddət sonra onun hüquqların bir hissəsinin kənar investorlara satılması planlarını açıqlamasından sonra yaranıb. Bu bəyanat futbol ictimaiyyətinin mənfi reaksiyasına və 2030-cu il dünya çempionatını boykot etmək təhdidlərinə səbəb olub. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası, eləcə də Şimali və Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası FIFA Forward Enterprise layihəsi ilə bağlı İnfantinonu aldatmada ittiham ediblər. Layihə futbol hüquqlarının satılması ideyasını nəzərdə tuturdu. Yaranan tənqid və narazılıq dalğasından sonra FIFA bu ideyadan imtina edib.
Bir sıra ölkələr artıq qarşıdakı FIFA prezident seçkilərində İnfantinoya dəstək verməkdən imtina edib.
Hüseyn İbadlı
-
İdman21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin220:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman19:36Emin Abbasova yüksək vəzifə verildi
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi
-
ABŞ18:24Heqset ona qarşı impiçment təşəbbüsünə belə reaksiya verdi
-
Region17:12Ermənistanın dövlət qurumlarının adı dələduzluqda hallanır - Əhaliyə müraciət
-
Dünya16:51Bu fotolar dünyanın diqqətini çəkdi




















.jpg)














