Messi və Ronaldo səviyyəsinə çata biləcək müasir futbolçu - Cerrard kimi deyi?
Bizi izləyin

İdman

Messi və Ronaldo səviyyəsinə çata biləcək müasir futbolçu - Cerrard kimi deyi?

Messi və Ronaldo səviyyəsinə çata biləcək müasir futbolçu - Cerrard kimi deyi?

“Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrard hesab edir ki, gənc futbolçular arasında Lamin Yamalın Kriştiano Ronaldo və Lionel Messi səviyyəsinə çatmaq üçün yaxşı şansı var.

Publika.az xəbər verir ki, o, bu barədə “Overlap Daily” nəşrinə verdiyi müsahibədə bildirib.

“Onun canlı oyununu izləməkdən həqiqətən zövq aldım. Hərəkətləri, rəqibləri özünə cəlb etməsi, təkbətək vəziyyətlərdə işləmə sürəti, kombinasiyalı oyunda iştirakı – bütün bunlar təsirlidir. Düşünürəm ki, burada mənim qarşı oynadığım iki oyunçunun – Ronaldo və Messinin səviyyəsinə çata biləcək bir oyunçumuz var.

Şəxsən gördüyüm bütün oyunçular arasında, inkişaf etməyə davam etdiyi və eyni uğur aclığını qoruduğu təqdirdə, bu səviyyəyə çatmaq potensialına malik olan oyunçu odur. Əlbəttə ki, Mbappe və Haaland da var – onlar hazırda ən yaxşı vaxtlarını keçirirlər, amma gənc istedadlara gəldikdə… Dünyada bir çox superulduz var, amma o, unikaldır”, – Cerrard deyib.

İngilis futbolçu əlavə edib ki, “Barselona”nın ulduzu gənc yaşlarında fenomenal performans nümayiş etdirir. O bildirib ki, Messi və Ronaldo karyeralarının bu mərhələsində o qədər də güclü deyildilər:

“Futbol meydançasında o, 19 yaşlı bir gəncin etdiyini heç vaxt görmədiyim şeyləri edir. O, yəqin ki, bu yaşda Ronaldodan daha inkişaf edib. Mən Messi və Ronaldoya qarşı çox gənc ikən oynamışam… Və düşünürəm ki, o, öz yaşında o vaxtkılardan daha güclü görünür.

O, eyni səviyyədə məhsuldarlıq və ardıcıllıq nümayiş etdirə biləcəkmi? Görəcəyik. Gələcəyin 9 nömrəli oyunçusu – Messi və Ronaldo qədər qol vura bilən təmiz hücumçu olacaqmı? Zaman göstərəcək. Amma 19 yaşında olan üçü ilə müqayisə etsək, düşünürəm ki, daha yetkin və hazırlıqlı görünür.”

19 yaşında Yamal artıq Dünya və Avropa çempionatlarını qazanıb. O, “Barselona”da 62 qol vurub və 64 məhsuldar ötürmə edib, kataloniyalılarla altı kubok qazanıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm