İdman
Vaqif Sadıqov: “Bu, böyük şərəfdir”
Ələkbər Məmmədovun vəfatından sonra AFFA İcraiyyə Komitəsində bir yer boş qalmışdı.
Publika.az xəbər verir ki, komitədə Məmmədovu Vaqif Sadıqov əvəz edə bilər.
AFFA nizamnaməsinin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdı. Ələkbər Məmmədovun vəfatından sonra PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunurdu.
Bununla bağlı, Peşəkar Futbol Liqası tərəfindən hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək.
Vaqif Sadıqovun İK-ya namizədliyi Peşəkar Futbol Liqasına "Sumqayıt" klubu tərəfindən verilib. Ələkbər Məmmədovun İcraiyyə Komitəsinə namizədliyi "İnter" tərəfindən irəli sürülmüşdü.
Bununla bağlı, Vaqif Sadıqovla əlaqə saxladıq. Məşqçilər Komitəsinin sədri təklifdən iki gün əvvəl xəbər tutduğunu bildirdi:
“Bir iki gün öncə baş tutan iclasda namizədliyim irəli sürülüb. Bu gün xəbər tutdum ki, “Sumqayıt” klubu tərəfindən İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyim verilib. Hamı bilir ki, məni Sumqayıt şəhərinə çox şey bağlayır. Şevinərəm bu komandanı İcraiyyə Komitəsində təmsil etsəm. İK-də namizədliyim dəstəklənsə, bundan sonra da ölkə futbolunun inkişafı üçün əlimdən gələni edəcəyəm. Təsdiqlənmə isə martın 6-da AFFA İcraiyyə Komitəsinin iclasında olacaq. Təbii ki, bu böyük şərəfdir”.
Aygün İlqarqızı
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir