İdman
“Neftçi” də dilləndi – Valideynlər polis bölməsinə çağırıldı
Dünən baş tutan "Neftçi" - "Qarabağ" qarşılaşmasından sonra baş verən insident barədə xəbər vermişdik. Hətta 19 azarkeşin Nizami RPİ-nin 24-cü polis bölməsində saxlandığı da gəzən söz-söhbətlər arasındaydı.
Publika.az xəbər verir ki, “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov dava-dalaş nəticəsində saxlanılanların fan-klub üzvləri olmadığını bildirib. Klub rəsmisi dünənki hadisədən sonra fan-klub rəhbərlərinin hər biri ilə dəqiqləşdirmələr apardıqlarını da söyləyib.
Məmmədov hələ dünən axşam saatlarında fan-klub rəhbərlərindən üzvlərinin polis bölməsinə aparılıb-aparılmaması ilə bağlı məlumat aldığını söyləyib: "Bütün fan-klublarımızın rəhbərləri heç bir üzvlərinin polis bölməsinə aparılmadığını söylədilər. Yalnız bundan sonra stadionu tərk etdik. Bu gün səhər saatlarında yenidən Rayon Polis İdarəsi ilə əlaqə saxlayaraq, dəqiqləşdirmə apardıq və bizə "Neftçi" azarkeşlərindən heç kimin saxlanılmadığını söylədilər".
Klub rəsmisi 9 şəxsin saxlanılması barədə yenicə xəbər tutduqlarını bildirməklə yanaşı, klub azarkeşlərinə də səsləndi: "Konkret kimlərin saxlanıldığını indidən deyə bilmərəm. Ola bilər ki, bu, heç bir fan-klub üzvü olmayan fanatlarımızdı. Ancaq fan-klub üzvü olmasalar belə, biz onlara sahib duracağıq. Əgər törətdikləri əməldə heç bir cinayət tərkibi yoxdursa, əlimizdən gələn köməyi əsirgəməyəcəyik. "Neftçi" olaraq, hər bir azarkeşimizi müdafiə etməyə hazırıq".
Son xəbərlərə görə, saxlanılan azarkeşlərin valideynləri də bölməyə çağırılıb.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq