İdman
Ad günün mübarək, Banişevski! - VIDEO
Bu gün Azərbaycan futbolunun ən görkəmli simalarından biri olan Anatoli Banişevskinin doğum günüdü. Əfsanəvi futbolçu yaşasaydı, bu gün 69 yaşını qeyd edəcəkdi.
Publika.az xəbər verir ki, Anatoli Andreyeviç Banişevski 1946-ci ilin məhz bu günü Bakıda dünyaya gəlib. O, 1964-cü ildən “Neftçi”nin uğurları üçün çalışmağa başlayıb. “Ağ-qaralar”ın heyətində olduğu zaman Rusiya klublarından dəfələrlə təklif almasına baxmayaraq, o, Bakını heç bir şəhərə dəyişmədi. Banişevski “Neftçi”nin 9 nömrəli futbolkasını 1978-ci ilə kimi daşıdı. Bu müddətdə “ağ-qaralar”ın heyətində SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.
Əfsanəvi hücumçu 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında keçirdiyi 50 oyunda rəqib qapılarından 19 top keçirib.
Banişevski məşqçilik fəaliyyətinə 1981-ci ildə doğma klubu “Neftçi”də başlayıb. Bir il “ağ-qaralar”da çalışdıqdan sonra Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi olub.
O, SSRİ-nin əməkdar idman ustası idi. Müstəqillik dövründə Banişevski “Şöhrət ordeni”ylə də təltif edilmişdi. Əfsanəvi 9 nömrə 1997-ci il dekabrın 10-da uzun çəkən xəstəlikdən sonra həyatla vidalaşdı.
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO
-
Magazin207:30
Hande Erçel: "Çox yaxında şad xəbər verəcəyəm"
-
İKT06:16
"X"ə yaşıl işıq yandırıldı, Maska TAPŞIRIQ VERİLDİ
-
İKT04:44
Durov "Telegram"dakı növbəti yenilikləri ELAN ETDİ