Baş katibin açıqlaması “Bankirlər”in başçısını “yandırdı”
Bizi izləyin

İdman

Baş katibin açıqlaması “Bankirlər”in başçısını “yandırdı”

AFFA-nın baş katibi Elxan Məmmədovun yaxınlarda mətbuata verdiyi açıqlamada "İnter" və "Simurq" arasında keçirilən oyunlarla bağlı səsləndirdiyi fikirlər "İnter"in prezidenti Georgi Nikolovu dilə gətirib.

Publika.az xəbər verir ki, "Bankirlər"in prezidenti "İnter"lə "Simurq" arasında keçirilən matçların şübhəli oyunlar arasında göstərilməsindən narazı qalıb. O, klubun saytına açıqlamasında bunları deyib:

"AFFA-nın baş katibi Elxan Məmmədovun feyr-pley prinsiplərini nəzarət altında saxlanmasını doğru hesab edirik və alqışlayırıq. Amma Azərbaycan çempionatı çərçivəsində keçirilmiş ədalətli oyun prinsiplərinə sığmayan qarşılaşmalara "İnter" - "Simurq" matçlarının nümunə göstərilməsini doğru hesab etmirik. Zaqatala təmsilçisi ilə keçirilən son oyunların statistikası bu iki komanda arasında baş tutmuş oyunların nəticələrinə əsasən daha çox itirən komandanın məhz "İnter" olduğunu təsdiqləyir. "İnter" klubu həmişə feyr-pley qaydaları çərçivəsində fəaliyyət göstərmiş və bundan sonra da ədalətli futbol prinsiplərinə uyğun addımlar atacaq".

Məmmədov açıqlamasında "İnter" - "Simurq" "qardaşlığ"ı haqda belə demişdi:

"Ən böyük şübhəmiz "Simurq" və "İnter" arasında keçirilən oyunlaradır. Amma son dövrlərdə keçirilən matçlarda daha çox heç-heçə qeydə alınır".

Nikolov "Simurq"la danışılmış oyunları inkar etsə də, hamı bilir ki, bu iki klub eyni cibdən maliyyələşir və dəfələrlə əvvəlcədən razılaşdırılmış hesaba oynayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm