“Etihad”da 1 milyardlıq qarşılaşma
Bizi izləyin

İdman

“Etihad”da 1 milyardlıq qarşılaşma

“Etihad”da 1 milyardlıq qarşılaşma

Bu gün Çempionlar Liqasınnı 1/8 finalında baş tutacaq “Mançester Siti” – “Barselona” matçı bu mərhələdə meydana çıxacaq futbolçuların qiymətinə görə ən bahalı oyunu olacaq.

Publik.az xəbər verir ki, transfermarkt.com saytı Kataloniya klubunun oyunçularının qiymətini 588 milyon, “Mançester Siti”nin futbolçularını isə 451 milyon avro dəyərində qiymətləndirib.

Bu isə o deməkdir ki, “Etihad” stadionunda baş tutacaq qarşılaşma 1 milyard avroluq heyətə malik olacaq.

Qeyd edək ki, “Barselona”da ən bahalı futbolçu Lionel Messi (120 milyon avro), “Mançester Siti”də isə Serxio Aquerodur (45 milyon avro).

Əlavə edək ki, Premyer Liqa təmsilçisi tarixində ilk dəfə olaraq Avropa kuboklarında “Barselona” ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm