İdman
Təhqirə görə 2 min manat ziyana düşdü
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 25-ci turunda baş verənlər müzakirə olunub, müvafiq qərarlar çıxarılıb.
Azərbaycan Premyer Liqasının 25-ci turunun "Qəbələ" - "Sumqayıt" matçında ev sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Neftçi" - "İnter" matçında "Xalq komandası"nın 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Qarabağ" - "Xəzər Lənkəran" matçında qonaqların 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL - "Bakı" matçının 69-cu dəqiqəsində "zolaqlılar"ın futbolçusu Jaba idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 86-cı dəqiqəsində AZAL-ın futbolçusu Rəşad Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin12 Yanvar 19:36
“Çıxışlarım son anda təxirə salınır”