Messiylə bağlı şayiələrə son qoyuldu
Bizi izləyin

İdman

Messiylə bağlı şayiələrə son qoyuldu

"Barselona"nın prezidenti Jozep Bartomeu Lionel Messinin başqa kluba keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Publika.az-ın verdiyi xəbərə görə, Kataloniya klubunun rəhbəri argentinalını satmaq niyyətində olmadıqlarını dilə gətirib: "Messinin satışı qeyri-mümkündü. Kimsə onun gedişi ilə bağlı xəbərlər yayırsa, bu o deməkdi ki, Messinin stabilliyini pozmaq məqsədi ilə edir. Leo "Barselona"da böyüdü və buna görə burada karyerasını bitirəcək. Düşünürəm ki, bu, onun hədəfidi. Luis Enrikeylə Messinin mübahisəsi haqda şayiələr həddən artıq şişirdildi. Hər komanda da söz-söhbətlər olur, bu normaldı".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm